Paşinyan açıqladı- BAKIDAN TƏKLİF ALMIŞIQ

Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.

O bildirib ki, müzakirələrin dördüncü mərhələsi başlayıb:

“Biz yaxın gələcəkdə öz mövqeyimizi təqdim edəcəyik. Biz sülh perspektivinə sadiqik”.