Paşinyan elə vəziyyətə düşdü ki… – ŞOK GÖRÜNTÜLƏR

Ermənistan baş naziri Nikol Paşinyanın içkili halda olduğunu göstərən video yayılıb.

ONN media xəbər verir ki, yerli media görüntülərin sosial şəbəkələrdə fenomenə çevrildiyini qeyd edib.

Baş nazirin zorla addımlamasını əks etdirən bu video sosial şəbəkələrin erməni seqmentində narazılıqla qarşılanıb. Videoda həyat yoldaşı Anna Akopyanın da onun yanında olduğu görünür. İnsanlar ölkədə bu qədər problem varkən dövlət başçısının eyş-işrətdən qalmamasını tənqid ediblər.

Qeyd edək ki, Nikol Paşinyan bundan öncə də bir neçə dəfə içki amilinə görə ictimai qınaqla üzləşib.