Paşinyan: KTMT missiyasını qəbul etməyə hazırıq

Ermənistan bütövlükdə KTMT missiyasını qəbul etməyə hazırdır.

ONN media xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

O, bu mövzunun hələ də müzakirə mərhələsində olduğunu vurğulayıb:

“Təkcə Rusiya deyil, Ermənistan da hazırdır. Biz narahatlığımızın dairəsini, yaxud istəyimizi müəyyən etmişik. Arzumuz missiyanın effektiv olmasıdır”, – o bildirib.

Paşinyan qeyd edib ki, bu məsələ təkcə birbaşa iştirakçılar, yəni Ermənistan və KTMT üçün deyil, həm də bütün region üçün böyük rol oynayır:

“Müvafiq müzakirələr davam edir”.