Paşinyan Moskvaya səfər edib

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edib.

ONN media xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, Paşinyan Moskvada Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.

Onun rusiyalı həmkarı Vladimir Putinlə görüşü gözlənilir.

Səfər çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü də nəzərdə tutulub.