ONN İnformasiya Agentliyi

Paşinyan öz partiyasını hədələdi — Qanadlarınızı qıraram

Paşinyan öz partiyasını hədələdi — Qanadlarınızı qıraram
08 May 2019 - 16:41

Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətdaxili mübarizəyə qalxan ilk cəhdi beşikdə boğacağını bəyan edib.

ONN media xəbər verir ki, o, bu barədə nazirlər kabinetinin illik hesabatına həsr edilmiş mətbuat konfransında məlumat verib.

Paşinyan ona ünvanlanan  partiyadaşlarının siyasi ambisiyalarının olduğuna dair sualı cavablandırıb. Nikol əsasən Dövlət Nəzarət Xidmətinin rəisi David Sanasaryana qarşı açılan cinayət işini şərh edib:

“Hakimiyyətdə, əsasən də icraedici orqanda qanadlar ola bilməz. Çünki hökumət və icraedici orqan vahid orqandır və onun rəhbəri baş nazirdir. Əgər qanadlar yaransa, mən onu kəsərəm”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png