ONN İnformasiya Agentliyi

Paşinyan Qarabağdakı separatçılardan buna görə şikayətləndi

Paşinyan Qarabağdakı separatçılardan buna görə şikayətləndi
20 Aprel 2023 - 17:22

Sözlərim adətən Qarabağdakı ermənilər tərəfindən yanlış anlaşılır.

ONN media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Adətən orada səhv başa düşülürəm, amma mənim qiymətləndirmələrim çox aydındır. Madrid prinsiplərində öz müqəddəratını təyinetmə hüququnun ifadəsi Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını deməyə əsas verir”, – Paşinyan bildirib.

Qeyd edək ki, Paşinyanın Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanatından sonra Xankəndidəki separatçı qurum erməni Baş naziri ciddi tənqid edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png