ONN İnformasiya Agentliyi

Paşinyan separatçılara tapşırıq verdi

Paşinyan separatçılara tapşırıq verdi
12 Yanvar 2023 - 14:33

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdakı separatçıları vəziyyəti daha da gərginləşdirə biləcək bəyanatlardan çəkinməyə çağırıb.

ONN media-nın məlumatına görə, Paşinyan hökumətin iclasında çıxışı zamanı bildirib ki, Laçın dəhlizindəki vəziyyətlə bağlı asimmetrik tədbirlər görülməlidir.

Paşinyan deyib ki, separatçıların qərarları və yekun çıxışın necə olması barədə fikirləri özündə əks etdirməyən bəyanatları heç bir fayda vermir.

Qeyd edək ki, dünən Qarabağdakı separatçıların “təhlükəsizlik şurası” Paşinyanın mətbuat konfransı zamanı səsləndirdiyi bir sıra bəyanat və fikirlərin “dqr xalqının və hakimiyyətinin” mövqeyinə uyğun gəlmədiyi üçün narahatlıq doğurduğunu bildirmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png