Paşinyandan növbəti BİABIRÇILIQ – VİDEO

Həmişə öz biabırçı ampluasında olan Ermənistanın baş naziri Nikol Paşinyan bu dəfə də imicinə sadiq qalıb. O, növbəti dəfə Düşənbədə biabır olub.

Ermənistanın baş naziri ötən gün Düşənbədə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderlərinin sammitində növbəti biabırçılığına imza atıb.

Nikol Vovayeviç bu dəfə əvvəlcə protokol qaydalarını pozub. Onun korteci sammit keçirilən iqamətgaha birinci gəlib. Qaydalara görə isə, ilk olaraq təşkilatın Baş katibi gəlməli idi. Bunun ardınca yarım saatlıq fasilə yaranıb. Hətta fəxri qarovul belə gözləməkdən yorulub.

Lakin Nikol Paşinyan bununla da yetinməyib. Baş nazir kollektiv foto çəkilişi mərasimi zamanı digərlərindən aralı dayanıb. Mərasim bitdikdən sonra isə həmkarları ilə söhbət etməyə çalışıb. Amma onun bu addımı da bir nəticə verməyib. Paşinyan həmkarları tərəfindən soyuq qarşılanıb.