Paşinyanı istefaya çağıran generalların adı ELAN EDİLDİ

Ermənistan baş naziri Nikol Paşinyanı istefaya səsləyən hərbçilərin adları açıqlanıb.

ONN media  xəbər verir ki, bəyanata imza atanlar arasında ən maraqlı fiqur Rusiya-Ermənistan birləşmiş qoşununun komandanı general-leytenant Tiqran Pərvanyandır.

Siyahıda Pərvanyanla bərabər Ermənistanın raket qoşunları, hava hücumundan müdafiə qüvvələri, xüsusi təyinatlı dəstələr kimi bölmələrinin rəhbərləri də yer alıb.

Ümumilikdə bəyanata 19 general, 20 polkovnik və 1 polkovnik-leytenant imza atıb.