Paşinyanın əleyhdarları yolları bağladı

Ermənistan parlament binasının yerləşdiyi Baqramyan prospekti dünəndən bəri bloklanmış vəziyyətdə qalır.

ONN media  xəbər verir ki, Vətənin Xilası Hərəkatı tərəfdarları baş nazir Nikol Paşinyanın istefası tələbi ilə prospektin gecə-gündüz bağlı qalacağını elan edib.

Bildirilib ki, baş nazir istefaya gedənə qədər parlament binasının qarşısından çəkilməyəcəklər.