ONN İnformasiya Agentliyi

Paşinyanın açıqlaması Ermənistana ŞOK YAŞATDI

Paşinyanın açıqlaması Ermənistana ŞOK YAŞATDI
09 Oktyabr 2020 - 10:40

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Argişti Karamyanın vəzifəsindən qovulmasının səbəbi bəlli olub.

ONN media  xəbər verir ki, bu səbəb ölkənin baş naziri Nikol Paşinyanın bir açıqlamasında üzə çıxıb.

Paşinyan kəşfiyyat şefinin qovulmasından qısa müddət sonra Ermənistanda şok effekti yaradan bilgini paylaşıb: “Qarabağda cəbhə xəttinə Ermənistana gedən bir sıra şəxslər əsgərlərə silahları yerə qoyaraq geri çəkilmələrini əmr edib. Onlar əsgərlərə “Nikol “torpaqlarınızı” satdı. Sizi qəssabxanadakı ət yerinə istifadə edirlər. Mövqeləri buraxın və evinizə gedin” deyirmiş”.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Argişti Karamyan bu gün prezidentin fərmanı əsasında tutduğu vəzifədən azad edilib. O, 8 iyun 2020-ci il tarixində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə təyin olunmuşdu. Onun yerinə yenə N.Paşinyanın tövsiyəsi əsasında Mikael Ambartsumyan gətirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png