Paşinyanın baş nazir seçilməsinə səs verilmədi

Ermənistan parlamentinin deputatları bu gün keçirilən xüsusi iclasda Nazirlər Kabinetinin rəhbəri vəzifəsini icra edən Nikol Paşinyanın respublikanın baş naziri vəzifəsinə namizədliyinə səs verməyiblər.

ONN media  xəbər verir ki, Paşinyanın baş nazir seçilməsinin lehinə 1 deputat səs verib, 3 nəfər əleyhinə çıxıb, 75 nəfər isə bitərəf qalıb.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün parlamentin özünü buraxması lazımdır. Qanunvericiliyə görə, parlament iki dəfə baş naziri seçə bilməsə, öz-özünü buraxmış hesab olunacaq. Buna görə də parlament çoxluğu olan Paşinyanın Mənim Addımım Bloku onun namizədliyinə səs verməyib.

Ermənistanda növbədənkənar parlament seçkisi 20 iyuna təyin edilib. Buna görə Nikol Paşinyan vəzifəsindən istefa verib və hazırda baş nazir səlahiyyətlərinin icraçısıdır.