ONN İnformasiya Agentliyi

Peterburqda azərbaycanlını öldürüb yol kənarına atdılar

Peterburqda azərbaycanlını öldürüb yol kənarına atdılar
06 Yanvar 2018 - 23:44

Yanvarın 4-də Sankt-Peterburqun Primorski rayonunda "Monpasye" ticarət  mərkəzinin yaxınlığında naməlum şəxslər Azərbaycan vətəndaşını oğurlayıblar.

ONN media oxu.az-a istinadən bildirir ki, şahidlərin sözlərinə görə, beş və ya altı nəfər Azərbaycan vətəndaşını döyərək yaşıl rəngli "Hyundai" markalı avtomobilin baqajına salıblar.

29 yaşlı azərbaycanlını yanvarın 5-də yol kənarında aşkarlayıblar. Xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Araşdırma zamanı məlum olub ki, Azərbaycan vətəndaşı dekabrın ortalarında Peterburqa gəlib, və onun rəsmi iş yeri olmayıb.

Faktla bağlı Rusiya İstintaq Komitəsində cinayət işi açılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png