ONN İnformasiya Agentliyi

Peyğəmbəri təhqir edən şəxsin aqibəti necə oldu?

Peyğəmbəri təhqir edən şəxsin aqibəti necə oldu?
04 İyul 2022 - 8:35

Hindistanda 47 yaşlı kişi Məhəmməd peyğəmbəri təhqir edən müxalifətdə olan Bharatiya Janata Partiyasının üzvü Nupur Şarmanı dəstəklədiyi üçün başı kəsilməklə qətlə yetirilib.

ONN media xəbər verir ki, bu barədə “Quardian” nəşri məlumat yayıb.

Bildirilib ki, hadisə 28 iyun 2022-ci ildə Racastan ştatının Udaipur şəhərində baş verib.

Qətldə şübhəli bilinən iki şəxs saxlanılıb.

Amansız qətlin baş verdiyi şəhərdə yaşayan müsəlmanlar hindlilərin mümkün aksiyalarından narahatdırlar.

“Mən bilirəm ki, edilənlər vəhşilikdir, lakin cəmiyyət iki nəfərin hərəkətinə görə məsuliyyət daşımamalıdır” – şəhərin müsəlman sakinlərindən biri deyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png