Pişiyin əlini cırmaqladığı qadın ÖLÜMDƏN DÖNDÜ

İngiltərənin Bristol şəhərinin sakini Şirli Heyr pişiyi səbəbindən ölümdən dönüb.

ONN media bildirir ki, 65 yaşlı qadının siam pişiyi əlini cırmaqladığı üçün infeksiya qapıb. Tez bir zamanda yarası şişən, qızaran və bütün əli yara olan Heyr dərhal həkimə müraciət edib.

Onu süni koma vəziyyətinə salıblar və əlinin zədələnmiş hisəsini kəsiblər. İki aylıq müalicədən sonra özünə gələn qadın pişiyin ona bağçada işləyən vaxt hücum etdiyini bildirib.