ONN İnformasiya Agentliyi

PKK konfransa silahlı hücum etdi – Bəyanat

PKK konfransa silahlı hücum etdi – Bəyanat
10 Noyabr 2017 - 23:48
PKK terror təşkilatı Suriyanın Qamışlı rayonunda təşkil olunan konfranslardan birinə silahlı hücum edib.
ONN media xəbər verir ki, Suriyada fəaliyyət göstərən 13 kürd partiyasının bir araya gələrək yaratdığı Kürd Milli Şurası dördüncü ümumi konfransını keçirməyi planlaşdırırdı. Ancaq PKK-ya bağlı PYD-nin silahlı qüvvələri konfrans zalına hücum edərək iclasın qarşısını alıblar.
Məsud Bərzaniyə yaxınlığı ilə bilinən şuradan verilən bəyanatda bildirilib ki, PYD-nin demokratiya, insan haqları təşkilatları və kürd partiyalarına qarşı hücumlarını dayandırması üçün maraqlı tərəflərə və dövlətlərə müraciət edirik.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png