ONN İnformasiya Agentliyi

Polşa Saakaşvili üçün prezident təyyarəsi göndərə bilər

Polşa Saakaşvili üçün prezident təyyarəsi göndərə bilər
13 May 2022 - 23:45

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin anası Giuli Alasania jurnalistlərə müsahibəsində Polşa hökumətinin və səfirliyin oğlunu Gürcüstandan aparmaq üçün hazır olduqlarını bildirib.

Alasania səfirliyin tibbi qaydalara uyğun olaraq Saakaşvilinin aparılması üçün hər şeyə hazır olduqlarını bildirib.

Onun sözlərinə görə, Polşa tərəfi Prezident təyyarəsi göndərməyə də hazırdır:

“Polşa hökuməti Prezident təyyarəsi göndərməyə və onu aparmağa hazırdır. Hər şeyə hazırdılar və belə xəstənin müalicəsi üçün təcrübələri də var”.

Xatırladaq ki, eks-prezident hazırda “Viva Med” klinikasında müalicə alır, yaxınları isə siyasətçinin müalicə üçün xaricə göndərilməsini tələb edirlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png