ONN İnformasiya Agentliyi

Polşa Ukraynanı yeni məhdudiyyətlərlə hədələdi

Polşa Ukraynanı yeni məhdudiyyətlərlə hədələdi
21 Fevral 2024 - 12:43

Polşa Ukraynanı kənd təsərrüfatı məhsullarının tədarükünə yeni məhdudiyyətlərlə hədələyir.

ONN media xəbər verir ki, bunu Polşanın kənd təsərrüfatı və kənd inkişafı nazirinin müavini Mixal Kolodzeyçak deyib.

“Top Ukraynanın tərəfindədir. Ya Polşa ilə razılığa gələcəksiniz, ya da Ukrayna mallarının idxalına yeni məhdudiyyətlər tətbiq etməli olacağıq”, – o bildirib.

Kolodzeyçak qeyd edib ki, yaxın vaxtlarda kənd təsərrüfatı idarəsinin rəhbəri Çeslav Sekerski ukraynalı həmkarı Nikolay Solski ilə danışıqlar aparacaq.

Qeyd edək ki, hazırda Ukraynadan Polşaya buğda, qarğıdalı, günəbaxan və kolzanın idxalı qadağandır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png