Poroşenko mitinqdən QOVULDU

Ukraynanın Zakarpatye əyalətinin Svalyava şəhərində sakinlər ölkənin eks-prezidenti Pyotr Poroşenkonun yolunu kəsərək, onu “Qanba” (Ukrayna dilində “rüsvayçılıq” deməkdir) şüarları ilə mitinq təşkil olunan ərazidən qovublar.

ONN media bildirir ki, şəhərdə seçki öncəsi təşviqat kampaniyası çərçivəsində mitinq keçirilib. Sakinlər Poroşenkonun mitinq ərazisində peyda olduğunu görən kimi müxtəlif şüarlar səsləndirib, onun Ukrayna ordusunu soyduğunu bildiriblər. Kütlənin içindən bir nəfər Poroşenkonun pencəyindən tutmağa müvəffəq olsa da, eks-prezident cangüdənlərinin köməkliyi ilə ərazidən uzaqlaşdırılıb.