ONN İnformasiya Agentliyi

Prezident 3 azərbaycanlını əfv etdi

Prezident 3 azərbaycanlını əfv etdi
27 Dekabr 2017 - 18:13

Gürcüstan prezidentinin əfv etdiyi şəxslər sırasında 3 nəfər Azərbaycan Respublikasının vətəndaşı var.

ONN media xəbər verir ki, Bu sözləri Report-a açıqlamasında Gürcüstan Əfv Komissiyasının sədri Zviad Koridze söyləyib.

Komissiya sədri deyib ki, Gürcüstan prezidentinin əfv etdiyi Azərbaycan Respublikası vətəndaşlarından biri bu gün həbsxanadan azadlığa çıxacaq: “Digər iki nəfərin isə cəzası azaldılıb”.

Z.Koridzenin sözlərinə görə, Komissiyada, ümumilikdə, 1182 müraciətə baxılıb. Gürcüstan prezidenti dekabrın 27-də onlardan 187 nəfərini əfv edib. Əfv olunanlardan 3-ü azyaşlı, 12-si qadındır. Əfv olunan 187 nəfərdən 123-ü bu gün cəzaçəkmə müəssisəsini tərk edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png