Türkiyədə məscid raket atəşinə tutuldu - Çoxlu sayda yaralı var

Türkiyə ərazisi Suriyadan raket atəşinə tutulub.
ONN media Trend-ə istinadən xəbər verir ki, Suriyanın Afrin bölgəsindən Türkiyənin Kilis vilayəti PYD/PKK terror qruplaşması tərəfindən raket atılıb.
Raket məscidə düşüb.
İlkin məlumata əsasən hadisə nəticəsində 15 nəfər yaralanıb.