Rus qadın bacı və qardaşlarını mumyalayıb illərlə evində saxladı

Rus qadın bacı və qardaşlarını mumyalayıb illərlə evində saxladı


Rusiya İstintaq Komitəsi Moskva şəhərinin Podolsk qəsəbəsində tükürpətici bir hadisəni üzə çıxarıb.

ONN media bildirir ki, 77 yaşlı bir qadının illər öncə ölən bacı və qardaşlarını mumyalayaraq evində saxladığı ortaya çıxıb.

Mumyaların 8-9 illər öncəyə aid olduğunu bildirən yaşlı qadın cənazə xərclərini ödəyəcək pulu və buna görə də cəsədləri evində saxlamaqdan başqa şansı olmadığını deyib.

Yaşlı qadının dəlixanaya yerləşdirildiyi bildirilib.

Ekspert mumyalanan şəxslərin ölüm səbəbi və tarixini müəyyənləşdirmək üçün araşdırmalar həyata keçirir.

Geri qayıt