Afrində Öcalanın 53 metrlik abidəsi dağıdıldı - VİDEO

Türkiyə ordusu PKK lideri Abdullah Öcalanın Suriyanın Afrin bölgəsində inşa edilən abidəsini bombalayıb.
ONN media "Anadolu" agentliyinə istinadən xəbər verir ki, pilotsuz uçuş aparatları (PUA) ilə vurulan abidə yerlə-yeksan olub.
Qeyd edək ki, üzərində Öcalanın portreti olan 53 metrlik beton abidə PKK yaraqlıları tərəfindən Darmık dağının yamacında inşa edilmişdi.
[embed]http://www.youtube.com/watch?v=1yaF9F693sA[/embed]