Prezident seçkilərinin ikinci turu keçirilir

Prezident seçkilərinin ikinci turu keçirilir


Bu gün Cənubi Kiprdə prezident seçkilərinin ikinci turu keçirilir.

ONN medianın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, səsvermə yerli vaxtla saat 7.00-da başlayıb.

Qeyd edək ki, 9 namizədin iştirak etdiyi prezident seçkilərinin ilk turu yanvarın 28-də keçirilib. İlk turda namizədlərdən ikisi - hazırkı prezident Nikos Anastasiadis və sol yönümlü AKEL partiyasının namizədi Stavros Malas müvafiq olaraq 35,5% və 30,25% səs toplayaraq ikinci tura çıxıb.

 

Səsvermə saat 18.00-da başa çatacaq. 

Geri qayıt