Kömür mədənində uçqun baş verib

Kömür mədənində uçqun baş verib


Rusiyanın Kemerovo vilayətində kömür mədənində uçqun baş verib.

ONN media-nın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə “Osinnikovskaya” mədənində qeydə alınıb.

Hadisə nəticəsində 1 şaxtaçı ölüb, daha biri xəsarət alıb. Uçqun zamanı mədəndə 125 nəfər olub.

Hadisə yerində operativ-əməliyyat tədbirləri davam etdirilir. 

Geri qayıt