Hərbi təlim təyyarəsi qəzaya uğrayıb

Hərbi təlim təyyarəsi qəzaya uğrayıb


Türkiyənin İzmir vilayətinin Çığlı rayonunda hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

ONN media Ölkə.Az-a istinadən xəbər verir ki, qəza nəticəsində iki pilot həlak olub.

Bildirilir ki, təlim-məşq uçuşu keçirən təyyarə Çığlıdakı aviabazadan havaya qalxdıqdan bir neçə saniyə sonra yerə çırpılıb.

Hadisə ilə bağlı istintaq aparılır.

Geri qayıt