Alişan xəsis olmadığını hədiyyəsi ilə sübut etdi

Hər zaman simic olduğu deyilən müğənni Alişan budəfəki jesti ilə hər kəsi təəccübləndirib.
ONN media Türkiyə mediasına istinadən xəbər verir ki, ifaçı aktrisa sevgilisi Buse Varola 8 min lirəlik (təxminən 4 min manat) mobil telefon alıb.
Alişan hədiyyəsini Sevgililər günündə bağışlayıb. Müğənninin aldığı telefon 256 GB-lıq “iPhone X”dır.