Daxili işlər nazirinin olduğu helikopter qəzaya uğrayıb

Meksikada ölkənin daxili işlər nazirinin olduğu helikopter qəzaya uğrayıb.
ONN media-nın verdiyi məlumata görə, helikopterdə olan insanlar sağ qalıb.
Lakin helikopterin yerə düşməsi nəticəsində həmin vaxt ərazidə olan insanlar ölüb.
Qeyd edək ki, helikopterdə ölkə ştatlarının birinin qubernatoru da olub.