Kiyev şəhərində Saakaşvili tərəfdarlarının mitinqi gedir

ONN media xəbər verir ki, bu dəqiqələrdə Kiyev şəhərində Saakaşvili tərəfdarlarının mitinqi gedir.
Gürcüstanın eks-prezidenti, Ukraynada "Yeni Qüvvələrin Hərəkatı"nın lideri Mixail Saakaşvilinin müdafiəsinə, qalxaraq, hazırki prezident Pyotr Poroşenkonu istefaya çağırırlar.
Aksiya təşkilatçılarının verdiyi məlumata əsasən, mitinqdə hələlik təxminən 3 min nəfər iştirak edir. Fəallar "Hərəkatının" dəstəyi ilə hazırki prezident Poroşenkoya impicmen tədbiq edilməsi üçün imza yığılır.