Yerevanda partlayış
Ermənistanın paytaxtı Yerevanda yaşayış binasında güclü partlayış olub.
ONN media trend-ə istinadən xəbər verir ki, hadisə səhər saatlarında Gürcü küçəsi, bina 10-da qeydə alınıb.
Əraziyə iki yanğınsöndürmə briqadası göndərilib.
Partlayış nəticəsində 4 saylı mənzildə arakəsmə və eyvan dağılıb. 2, 3 və 4-cü mərtəbələrdəki mənzillərin pəncərələri sınıb.
Xəsarət alanların olmadığı bildirilir. 14 sakin təxliyə edilib.
Binanın həyətində saxlanılan 10 avtomobil də zərər görüb.
Qəzanın səbəbi araşdırılır.
