Şübhəli bilinən Mərkəzi Bankın rəhbəri vəzifədən getdi

Şübhəli bilinən  Mərkəzi Bankın rəhbəri vəzifədən getdi


Korrupsiya cinayətində şübhəli bilinən Latviya Mərkəzi Bankının rəhbəri İlmar Rimşeviç vəzifəsindən kənarlaşdırılıb.

ONN media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Latviya Korrupsiya ilə Mübarizə Bürosunun nümayəndəsi Laura Duşa bildirib.

Qeyd edək ki, İ. Rimşeviç pul tələb etməkdə və böyük məbləğdə rüşvət almaqda şübhəli bilinir. İstintaq materiallarına əsasən, rüşvətin məbləği azı 100 min avro təşkil edib.

İ. Rimşeviç bundan əvvəl vəzifəsindən getmək istəmədiyini bəyan etmişdi

Geri qayıt