Burak Özçivit və Murad Boz düşmənə çevrilib

Burak Özçivit və Murad Boz düşmənə çevrilib


Uzun zamandır dost olan türkiyəli məşhurlar Burak Özçivit və Murad Boz düşmənə çevrilib. 

ONN media xəbər verir ki, buna səbəb Murat Bozun "Kardeşim Benim 2" filminin qala gecəsinə qatılmaması olub.

Daha əvvəl Muratı "İnstagram" dan çıxaran Burak daha sonra isə həmkarı ilə paylaşdığı bütün fotolarını silib. O, dostarına Muratla barışmayacağını deyib.

Qeyd edək ki, Murat bir neçə gün əvvəl Burakla bağlı açıqlama vermişdir. O , Burakla küsülü olmadığını və filmin uğursuzluğunun onların dostluğunu poza bilməyəcəyini soyləmişdi.

Geri qayıt