Türkiyə əhalisi 22 ildən sonra 100 milyon olacaq

Türkiyə əhalisi 22 ildən sonra 100 milyon olacaq


Türkiyə Statistika İnstitutu növbəti 22 il ərzində Türkiyədə əhalinin 100 milyon nəfərədək artacağını proqnozlaşdırır.

ONN media Trend-ə istinadən xəbər verir ki, proqnozlara əsasən, 2023-cü ilin sonunadək Türkiyə əhalisi 86.907.367 nəfər təşkil edəcək.

Həmin müddətdə İstanbulda 16,3 milyon, Ankarada 6,1 milyon, İzmirdə 4,6 milyon sakinin olacağı gözlənilir.

Qeyd edək ki, 2017-ci ilin yekunlarına əsasən, ölkə əhalisi 80,8 milyon nəfərə bərabər olub.

Geri qayıt