Məşhur müğənniyə səhnədə silahlı hücum oldu

Məşhur müğənniyə səhnədə silahlı hücum oldu


İstanbulda, Ataşehirdə bir barda səhnəyə çıxan müğənni Volkan Konaka atəş edilib.

ONN media​ Türkiyə mətbuatına istinadən xəbər verir ki, atəş açan şəxs müğənnini vətən xaini olmaqda ittiham edib. Konak silahlı hücumdan xəsarət almadan xilas olsa da, hücum edən şəxs barın mühafizəçiləri tərəfindən ayağından vurularaq yaxalanıb. Məlum olub ki, hücumçuların atəş açdığı güllələr tavana dəyib.

Məlumat üçün bildirək ki, Volkan Konak kürd əsilli ifaçıdır.

Geri qayıt