Mixail Saakaşvilinin ölkəyə girişinə qadağa qoyulub

Mixail Saakaşvilinin ölkəyə girişinə qadağa qoyulub


Ukrayna Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin 2021-ci il fevralın 3-nə qədər ölkəyə girişinə qadağa qoyub.

ONN media-nın verdiyi xəbərə görə, bu barədə siyasətçinin vəkili Ruslan Çernolutskiy bildirib.

Onun sözlərinə görə, bu qərar qanunsuz olduğundan şikayət veriləcək.

Xatırladaq ki, M. Saakaşvili fevralın 12-də çarter reysi ilə Ukaynadan Polşaya göndərilmişdi. Daha sonra o, həyat yoldaşı Sandra Rulofs hollandiyalı olduğu üçün bu ölkəyə müvəqqəti viza alaraq Hollandiyaya gedib. 

Geri qayıt