Erməni hərbçi yaralandı

Ermənistan ordusunun müddətli hərbçisi odlu silahdan açılan atəş nəticəsində yaralanıb.
ONN media bildirir ki, bunu ölkə Müdafiə Nazirliyi mətbuat katibi Artsrun Ovannisyan bildirib.
Onun sözlərinə görə, hadisə Ermənistanın Tavuş rayonundakı hərbi hissələrdən birində baş verib.
Mətbuat katibi deyib ki, yaralı hərbçi Yerevandakı tibbi müəssisələrdən birində müalicə olunur.
A.Ovannisyan hadisənin səbəbi barəsində açıqlama verməyib.