Dəhşətli partlayış-ÖLƏNLƏR VAR

Somalinin paytaxtı Moqadişo şəhərində törədilən iki partlayış nəticəsində 38 nəfər ölüb, 20 nəfər yaralanıb.
ONN media-nın verdiyi xəbərə görə, mina quraşdırılmış iki avtomobil insanların sıx cəmləşdiyi ərazidə partladılıb. Məlumata görə, avtomobillərdən biri prezident sarayı yaxınlığında, digəri isə otelin qarşısında partladılıb. Partlayışlardan sonra hadisə yerində atəş səsləri eşidilib.