Ermənistanda zəlzələ olub

Ermənistanda zəlzələ olub


Ermənistanın cənubunda zəlzələ qeydə alınıb.

ONN media-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, 3,3 maqnitudalı yeraltı təkanlar saat 17:02-də Yerevandan 100 km cənubda Elpin yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb.

Zəlzələnin gücü episentrdə 5 bal təşkil edib. Təkanların ocağı 10 km dərinlikdə olub.

Zəlzələ nəticəsində dağıntılar və tələfat olmayıb.

Geri qayıt