Ərdoğana “Marşal” rütbəsi verilsin - Xalq tələb etdi
Türkiyədə Afrin əməliyyatı başladıqdan sonra TBMM-ə daxil olan ərizələrdə əməliyyata xalqın böyük dəstəyi öz əksini tapıb.
ONN media Axar.az-a istinadən xəbər verir ki, TBMM-ə ərizə yazan şəxslərin böyük bir qismi Afrindəki döyüşlərə könüllü şəkildə qatılmaları üçün icazə verilməsini istəyib.
İstanbuldan TBMM-ə müraciət edən 4 nəfərin istəyi isə fərqli olub. Həmin şəxslər qanunverici orqandan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana “Marşal” hərbi rütbəsi verilməsini istəyib.
