Sovet kino ulduzu dünyasını dəyişib
Sovet kino ulduzu Anatoli Reşetnikov 95 yaşında Kiyevdə dünyasını dəyişib.
ONN media Axşam.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı ukraynalı jurnalist Oleq Verqelis yayıb: “Aktyor sonuncu illərini Kiyevdə veteranlar evinin yaxınlığındakı mənzilində keçirib. Elə oradaca bu səhər dünyadan köçüb”.
Qeyd edək ki, Anatoli “Vətəndən uzaqda”, “Beş qoçaq”, “Yanan körpü”, “Köhnə qala”, “Mdüfiəçi Sedov” filmlərində çəkilib, bir neçə teatr tamaşasında oynayıb.
