Özcan Dənizin toy tarixi məlum olub

Özcan Dənizin toy tarixi məlum olub


7 aylıq sevgilisi Feyza Aktanla ailə qurmağa hazırlaşan müğənni-aktyor Özcan Dənizin toy detalları məlum olub.

ONN media Türkiyə mediasına istinadən xəbər verir ki, iki ildir, münasibətdə olan cütlük martın ilk həftəsində nikah masasına əyləşəcək. Nikah Özcanın Zekeriyaköydəki villasında baş tutacaq. Gecədə ailə üzvləri və yaxın dostlar daxil olmaqla 20 nəfər iştirak edəcək. Feyzanın nikahda gəlinlik geyinmək istəmədiyi öyrənilib. Cütlük “İstanbullu gəlin” serialının finalından sonra isə toy edəcək. 

Qeyd edək ki, Feyza Özcandan 20 yaş balacadır.

Geri qayıt