Afrində zərərsizləşdirilən terrorçuların sayı açıqlandı

Afrində zərərsizləşdirilən terrorçuların sayı açıqlandı
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində davam etdirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 2083 nəfərə çatıb.
ONN media-nın Oxu.az-a istinadən verdiyi xəbərə görə, TSQ-nin məlumatında bildirilir ki, son sutkada PYD, YPG və İŞİD terror təşkilatlarının 24 üzvü məhv edilib.
Əməliyyat müddətində Afrində azad edilmiş yaşayış məntəqələrinin sayı 113-ə çatıb.