ABŞ "Zeytun Budağı" hərəkatını dayandırmaq istəyir
ONN media xəbər verir ki, ABŞ Dövlət Katibinin Sözcüsü Heather Nauert “ Suriyada atəşkəsin bütün ölkə üçün etibarlı olduğunu və Türkiyənin atəşkəs barədə BMT-də qəbul olunmuş qərarla yaxından tanış olmasını” məsləhət gördü.
Türkiyə mediası, bu bəyanata münasibət bildirərək ABŞ-ın Suriyada atəşkəs əldə olunmasının istəməsinin əsas məqsədinin Türkiyənin Afrində “ Zeytun Budağı” antiterror Hərəkatını dayandırmaq cəhdi kimi dəyərləndirir.
