NATO konvoyuna bombalı avtomobillə hücum

ONN media-nın xəbərinə görə bu gün Əfqanıstanda NATO konvoyuna bombalı avtomobillə hücum təşkil olunub.
Əfqanıstan Daxili İşlər Nazirliyinin sözcüsü Nəcib Daniş verdiyi açıqlamada Kabilin Qabil Bay bölgəsində təşkil olunan hücumda bir nəfərin öldüyünü, 4 nəfərin yaralandığını bildirib.
Şahidlərin sözlərinə görə isə ölü və yaralı sayının daha çox olduğunu irəli sürülüb.
Konvoyda olan əcnəbi hərbçilərdən ölən ya da yaralanan olub olmadığı barədə hələ ki, məlumat yoxdur.