Nigeriyada baş verən qarşıdurmalarda 15 nəfər ölüb

Nigeriyada baş verən toqquşmalarda 15 nəfər həlak olub.
ONN media xarici mətbuata istinadən xəbər verir ki, ölkənin şimal-şərqindəki Mambiladakı toqquşmalar fermerlərlə maldarlar arasındakı fikir ayrılığından yaranıb.
Qeyd edək ki, Mambilada Qərbi Afrikadakı yeganə yüksək dağ çay plantasiyası yerləşir.
Nigeriyada maldarlarla fermerlər arasında bu cür qarşıdurmalar tez-tez baş verir.