Ağ Evin qarşısında baş verən atışmanın təfərrüatları məlum oldu

Ağ Evin qarşısında baş verən atışmanın təfərrüatları məlum oldu


Vaşinqtonda Ağ Evin qarşısında baş verən atışmanın təfərrüatları məlum olub.

ONN media-nın verdiyi xəbərə görə, ABŞ-ın Məxfi Xidməti Ağ Evin yaxınlığında atəş açan naməlum şəxsin binanı hədəf almadığını bildirib.

Məlumata əsasən, o başından aldığı güllə yarasından keçinib.

“İnsident zamanı prezident və birinci ledi evdə olub”,-deyə məlumatda bildirilir.

Xatırladaq ki, daha öncə dövlətin birinci şəxslərinin mühafizəsi ilə məşqul olan ABŞ-ın Məxfi Xidməti Ağ Evin qarşısında atışma barədə məlumat yayıb.

Geri qayıt