İtaliyada parlament seçkiləri başlayıb

İtaliyada parlament seçkiləri başlayıb


İtaliyada parlamentin aşağı və yuxarı palatalarına keçirilən seçkilər başlayıb.

ONN media xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 7-də açılıb. Ölkədə və xaricdə 61 min seçki məntəqəsi fəaliyyət göstərir.

Seçkilərdə İtaliya parlamentinin aşağı palatasına 630 deputat, yuxarı palatasına 315 senator seçiləcək. Aşağı palataya deputatları 18 yaşa çatmış 46,6 milyon, senatorları isə 25 yaşa çatmış 42,8 milyon italiyalı seçəcək.

Qeyd edək ki, seçki məntəqələri yerli vaxtla 23:00-da bağlanacaq.

Geri qayıt