ABŞ səfirliyinə planlaşdırılmış hücum

ABŞ səfirliyinə planlaşdırılmış hücum


Türkiyənin cənubunda, Adana şəhərində polis İŞİD terror qruplaşması ilə əlaqədə və ABŞ-ın Ankaradakı səfirliyinə hücum planlaşdırmaqda şübhəli bilinən 13 nəfəri saxlayıb.

ONN media Türkiyə KİV-ə istinadən məlumatına görə, reydlər bir neçə rayonda eyni vaxtda aparılıb.

Xüsusi əməliyyatda yerli Təhlükəsizlik İdarəsinin antiterror departamentinin əməkdaşları cəlb edilib.

Saxlanılanlardan 12-si suriyalıdır.

Geri qayıt