Baş nazir postu ləğv ediləcək
Türkiyə gələn il baş nazir postunu ləğv edəcək.
ONN media xəbər verir ki, Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. Məlumatda bildirilir ki, 2019-cu ildə Türkiyənin prezident respublikası sisteminə keçəcəyi planlaşdırılır. Bu sistemə keçdikdən sonra baş nazir postu ləğv olunacaq, parlamentdəki deputatların sayı isə artırılacaq.
Məlumat üçün bildirək ki, Türkiyənin hazırda baş naziri Binali Yıldırımdır.
