Bu silahın gücü 3 silahın gücünə bərabərdir
ONN media xəbər verir ki, Türkiyədə yerli olaraq istehsal olunan yeni bir silah testi keçib.
Alkar adı verilən silah döyüşlərə göndərilmək üçün gün sayır.
360 dərəcə atəş açmaq qabiliyyətinə malik olan sistem tək başına 3 silahın eyni anda yerinə yetirdiyi vəzifəni yerinə yetirməyə qadirdir.
Silah düşmənlərin canına qorxu salacaq qədər güclüdür. Yaxın günlərdə istifadəyə veriləcəyi gözlənilir.
